Mayin 3-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Efiopiya işgüzar görüşü keçirilib.
Tədbirdə tekstil sahəsində fəaliyyət göstərən 30-a yaxın iş adamı iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, sahibkarlığa dövlət dəstəyi mexanizmləri, xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sektoruna cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və efiopiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Efiopiyanın Afrika Qadinlarinin İqtisadi Həyatda Mövqelərinin Gücləndirilməsi Mərkəzinin (CAWEE) nümayəndəsi xanım Tseday Oljira Terefe efiopiyalı iş adamlarının Azərbaycan iqtisadiyyatına böyük maraq göstərdiyini, iki ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması baxımından işgüzar görüşlərin və biznes forumların əhəmiyyətini diqqətə çatdırıb.
Tədbir iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.