Azərbaycan elektron hökumət sistemində X-Road Eston platformasının prototipini tətbiq edən ilk ölkə olub

Euronews Avropa informasiya kanalının verdiyi məlumata əsasən, Azərbaycandan əlavə bu sistem bir sıra ölkələrdə artıq inteqrasiya olunub.

Onların içərisində Namibiya, Finlandiya və Ukraynanı qeyd etmək olar. Eləcə də bu platformaya Farer adalarında və innovativ texnologiyalar sahəsində dünya lideri olan Yaponiyada uğurla start verilib. X-Road eyni zamanda ölkələr arasında verilənlərin avtomatik mübadiləsinə imkan verən dünyada ilk platforma hesab edilir. Bu isə Estoniya ilə Finlandiya arasında məlumatların avtomatik mübadiləsinə şərait yaradıb.

X-Road vahid interfeys, qarşılıqlı əlaqə və verilənlərin mübadiləsi protokollarının mərkəzləşdirilmiş sistemidir. İstənilən dövlət orqanı müəyyən qaydalara əsasən öz informasiya sistemini platformaya qoşa və digər qurumlar üçün ona əlyetərlilik hüququnu sazlaya bilər. Kommersiya İT sistemləri də X-Road ilə qarşılıqlı əlaqə qura və bu platformaları istifadə edə bilərlər. X-Road, vətəndaş və dövlət arasındakı qarşılıqlı əlaqəni asanlaşdırmaq, ölkənin dövlət və özəl sektorlarının elektron xidmətlərinin müxtəlif məlumat bazalarını birləşdirmək və vahid şəkildə harmonik fəaliyyət göstərmək üçün “Elektron Estoniyanın” təməlidir. Estoniyanın elektron həlləri geniş ictimaiyyət üçün əlyetərli olan xidmətlərin tam spektrini daxil edir və hər xidmət öz verilənlər bazasına malik olduğuna görə onların hamısı X-Road istifadə edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır