Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib

Dekabrın 13-də Parisdə Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının 8-ci iclası keçirilib.

İclas hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, ölkə və region üçün böyük əhəmiyyətə malik olan layihələr, habelə Azərbaycan Respublikasının iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında geniş məlumat vermiş, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır