“Azərbaycan İpoteka Fondu” ASC satınalma elan edir

“Azərbaycan İpoteka Fondu” ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi üzrə satınalma elan edir.

Belə ki, Satınalma üzrə ilkin sənədlər 15 sentyabr 2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 25 sentyabr 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək.

Satınalma üzrə zərflər 26 sentyabr 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaq.

Qeyd edək ki, Təklifin qüvvədə olma müddəti 24 noyabr 2017-ci il, təklifin təminatının qüvvədə olma müddəti 12 yanvar 2017-ci il tarixinədək olması müəyyən edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır