“Azərbaycan İpoteka Fondu” ASC-nin 2017-ci il üzrə maliyyə hesabatlarının auditinin keçirilməsi üçün kənar auditorun seçilməsi üzrə xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddəti uzadılıb.
Satınalma üzrə ilkin sənədlər 5 sentyabr 2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 14 sentyabr 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcək. Satınalma üzrə zərflər 15 sentyabr 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaq.
Təklifin qüvvədə olma müddəti 14 noyabr 2017-ci il, təklifin təminatının qüvvədə olma müddəti 29 dekabr 2017-cil tarixinədək olması müəyyən edilib.