Azərbaycan iyulda da OPEC qarşısındakı öhdəliyini yerinə yetirib

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin iyul ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Belə ki, cari ilin iyul ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 796.7 min barrel olub. Bunun 745.1 min barrelini xam neft, 51.6 min barrelini kondensat təşkil edib. Gündəlik 611.3 min barrel xam neft, 51.6 min barrel kondensat, 15.7 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır