“Azərbaycan kapital bazarları: İmkanlar və perspektivlər ” adlı Konfrans öz işinə başlayıb

17 oktyabr 2017-ci il tarixində “Bakı Fond Birjası”nın “SOCAR Capital” ilə birgə təşkil etdiyi “Azərbaycan kapital bazarları: İmkanlar və perspektivlər ” adlı Konfrans öz işinə başlayıb.

Konfransı giriş sözü ilə “Bakı Fond Birjası”nın İdarə Heyətinin sədri Vüqar Namazov açıb. O, kapital bazarlarının əhəmiyyətindən, kapital bazarlarının mərhələlərindən danışıb. V.Namazov deyib ki, kapital bazarları əsasən, 3 mərhələdən ibarətdir. Bunlar özəlləşdirmə, institutlaşma və hazırkı mərhələlərdir.

İdarə Heyətinin sədri deyib: BFB-nin kapital bazarlarında rolu və funksiyaları genişdir. Bu sahədə BFB-nin imkanları, texniki infrastrukturu yenilənir və bu gələcəkdə də davam edəcək. Gələcəkdəki digər vacib məsələlər isə listinqin canlandırılması və effektiv maliyyə alətlərinin təqdim edilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır