“Azərbaycan kapital bazarları: İmkanlar və perspektivlər”adlı konfrans keçiriləcək

17 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasının SOCAR Capital ilə birgə təşkil etdiyi “Azərbaycan kapital bazarları: İmkanlar və perspektivlər” adlı konfrans keçiriləcək.

Konfransda Azərbaycan kapital bazarlarının perspektivlərindən, kapital bazarlarından maliyyələşmənin yollarından, mövcud təcrübədən danışılacaq.

Qeyd edək ki, konfrans “Boulvard Hotel”də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır