“Azərbaycan Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları və buna təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilib

13 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasının (BFB) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birlikdə Bakı Biznes Mərkəzində “Azərbaycan Kapital bazarları vasitəsilə maliyyələşmənin yolları və buna təsir edən amillər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarı iştirakçılarının Asosasiyasının və müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan AZPROMO-nun vitse prezidenti Murad Abdullayev investisiyaların təşviqi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Azərbaycanda sahibkarlığın inkişafında kapital bazarlarının önəmindən danışıb.

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Vüqar Namazov çıxış edərək, tədbir iştirakçılarına kapital bazarlarının maliyyə sistemində tutduğu vacib və əhəmiyyətli rolundan danışıb. Azərbaycan iqtisadiyyatında maliyyə axınlarının kapital bazarları vasitəsi ilə diversifikasiyası və bu sahədə BFB-tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib. Həmçinin V. Namazov, şirkətlərin maliyyələşməsində kapital bazarlarının rolunun artırılması üçün mövcud imkanlardan bəhs edib.

Tədbir zamanı şirkətlərin Listinqinə çıxışına maneə olan amillərin müəyyən edilməsi, investorların Kapital Bazarlarından gözləntiləri, Listinqin təşviq edilməsi üçün təklif olunan addımlar, eləcə də şirkət nümayəndələrini maraqlandıran digər məsələlər ətrafında geniş diskussiyalar aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır