Azərbaycan Kredit Bürosu MMC-nin rəsmi facebook səhifəsi istifadəyə verilib

Azərbaycan Kredit Bürosu MMC-nin rəsmi facebook səhifəsi istifadəyə verilib. BBN.az xəbər verir ki,  Büroya müraciət etmək istəyən şəxslər ətraflı məlumat əldə etmək məqsədilə Büronun rəsmi facebook səhifəsi vasitəsilə əlaqə yarada bilərlər.

Qeyd edək ki, kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən, həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktları ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olan qurumdur.

Keçidə daxil olmaqla rəsmi facebook səhifəsilə tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır