“Azərbaycan Kredit Bürosu” MMC qeydiyyata alınıb

15 yanvar 2018-ci il tarixində “Azərbaycan Kredit Bürosu” MMC dövlət qeydiyyatına alınıb.

BBN.az xəbər verir ki, şirkətin qanuni təmsilçisi Elçin Arif oğlu Həbibovdur. MMC-nin nizamnamə kapitalı 2 mln. manatdır. Bu məbləğ “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC tərəfindən verilən vəsaitlər hesabına formalaşıb. Hər banka düşən məbləğ isə 250000 manat həcmindədir.

Qeyd edək ki, “Azərbaycan Kredit Bürosu” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 40C-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır