Azərbaycan məhsullarının ixracı genişlənir

Azərbaycan məhsulları İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində 18-27 yanvar tarixlərində keçirilən “Beynəlxalq Yaşıl Həftə-2019” sərgisində nümayiş olunub. Belə ki, sərgidə şərab və digər spirtli içkilər, müalicəvi bitki çayları, qənnadı məhsulları, qurudulmuş meyvələr və s. sahələrdə fəaliyyət göstərən 14 Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində  təqdim edilib.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracına dair müzakirələr aparılıb və ilkin razılaşmalar əldə olunub. Belə ki, Azərbaycanın “Herba Flora” şirkəti Almaniyanın “Herbacon GmbH” və Tramontabio” şirkətləri ilə müalicəvi çayların ixracına, “Babək Sirab” ASC şirkəti və Qətərin “Dandy Company Ltd” şirkəti arasında mineral suların ixracına dair razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır