Azərbaycan Respublikası Mərkəzi Bankında informasiya təhlükəsizliyi üzrə ekspert xidmətinin cəlb edilməsi, həmçinin fiziki və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mal və xidmətlərin satın alınması üzrə tender elan edir.
BBN.az xəbər verir ki, Mərkəzi Bank aşağıdakı lotlar üzrə açıq tender keçirir:
– 1-ci lot üzrə: informasiya təhlükəsizliyi üzrə ekspert xidmətinin satın alınması.
– 2-ci lot üzrə: yeni nəsil informasiya təhlükəsizliyi avadanlıqlarının alınaraq qurulması və fəaliyyətdə olan informasiya sistemləri ilə inteqrasiya edilməsi xidmətinin satın alınması.
– 3-cü lot üzrə: fiziki təhlükəsizliyin təmin edilməsi üzrə buraxılış-nəzarət və video-müşahidə sistemlərinin yenilənməsi.
– 4-cü lot üzrə: hədəflənmiş hücumların aşkarlanması xidmətinin satın alınması və informasiya təhlükəsizliyi üzrə lisenziyaların müddətinin uzadılması.
Tender təkliflərinin açılış proseduru 05 iyun 2018-ci il tarixində saat 15:00-da Mərkəzi Bankın inzibati binasında (AZ 1014, Bakı şəhəri, R.Behbudov küçəsi, 90) keçiriləcək.
İddiaçı iştirak etdiyi hər bir lot üzrə tender təklifini və tender təklifinin bank təminatını 04 iyun 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 23 may 2018-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən inzibati binasına təqdim etməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.
Qeyd edək ki, iddiaçı tenderdə iştirak haqqı kimi hər bir lot üzrə 100 (bir yüz) manat məbləğində vəsait köçürməlidir.