Fransız araşdırma institutu “INSEAD” tərəfindən hər il tərtib edilən “Global Talent Competitiveness Index” hesabatının 2019-cu il üçün göstəriciləri açıqlanıb.
Respublikamız hesabatda 2018-ci ilə (43.63 bal) nisbətdə 14 pillə irəliləyərək 45.94 balla 43-cü yerdə qərarlaşıb. Qeyd edək ki, cari ildə Azərbaycan MDB ölkələri arasında ən yüksək göstəriciyə malikdir. Eləcə də, ölkəmiz gəlir səviyyəsinə görə kateqoriyalarda yuxarı orta gəlirli ölkələr arasında Malayziya və Kosta Rikadan ilə birgə ilk üçlükdədir.
Hesabatın qiymətləndirmə faktorları arasında Azərbaycan işəgötürmənin asanlığı (ease of hiring) sahəsində maksimum 100 balla qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, sözügedən hesabatda 125 ölkə arasında birinci yerə 81.82 balla İsveçrə, sonuncu yerə isə 11.97 balla Yəmən layiq görülüb.