“Azerilight” markalı neftin qiyməti bahalaşıb.
BBN.az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barrelinin dəyəri 1.21 dollar və ya 1.75% bahalaşaraq 70.34 dollar təşkil edib.
“WTI” markalı neftin 1 barrelinin qiyməti 1.36 dollar və ya 2.14% artaraq 63.42 dollar olub.
“Brent” markalı neftin 1 barrelinin qiyməti 1.54 dollar və ya 2.24% bahalaşaraq 68.65 dollara çatıb.