Azərbaycan nümayəndə heyəti Belarusa səfər edəcək

İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarını təmsil edən şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti 15-17 dekabr tarixlərində Belarus Respublikasında səfər olacaq.
Səfər çərçivəsində Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə ediləcək, biznes dairələrin iştirakı ilə işgüzar görüşlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır