Azərbaycan nümayəndə heyəti İrana gedir

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti 12-14 mart tarixlərində İranda səfərdə olacaq.

Səfər çərçivəsində Dövlət Komissiyasının 12-ci iclası, İran rəsmiləri ilə bir sıra görüşlər keçiriləcək, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır