Azərbaycan nümayəndə heyəti 4-5 fevral tarixində Özbəkistanda səfərdə olacaq.
BBN.az xəbər verir ki, nümayəndə heyətinə İqtisadiyyat naziri Şahin Mustafayev və Kənd Təsərrüfatı naziri İnam Kərimov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov və digər rəsmi şəxslər, həmçinin sahibkarlar daxildir.
Səfər çərçivəsində görüşlər keçiriləcək, iqtisadi əlaqələrin inkişafı istiqamətləri, Azərbaycanın nəqliyyat-tranzit imkanlarından daha geniş istifadə edilməsi və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.