Martın 12-də İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedəcək. Nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxildir.
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, biznes forum təşkil ediləcəkdir.