Azərbaycan OPEC qarşısında ödəliyini yerinə yetirib

Azərbaycan 2018-ci ilin fevral ayında gündəlik neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşması üzrə götürdüyü öhdəliyi yerinə yetirib.

BBN.az xəbər verir ki, cari ilin fevral ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 751 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 621,3 min barrel xam neft, 55 min barrel kondensat, 20,4 min barrel isə neft məhsulları ixrac edilib.

Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkəmizdə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır