Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri müzakirə edilib

4-5 fevral tarixlərində Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə olub.

Nümayəndə heyətində iqtisadiyyat və kənd təsərrüfatı nazirləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbər şəxsləri və sahibkarlar təmsil olunub.

Səfər çərçivəsində hər iki ölkənin rəsmilərinin və sahibkarların iştirakı ilə Dəyirmi Masa keçirilib, Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin genişləndirilməsi istiqamətləri müzakirə edilib. İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi-ticarət əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu vurğulayaraq, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, turizm, mədəniyyət, İKT, innovasiyalar və digər sahələrdə əlaqələrin inkişafı perspektivlərini diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimiz arasında birgə tədbirlər, biznes forumlar, sərgilər təşkil edilir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir. Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və s. sahələrdə Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ticarət dövriyyəsi 46,5% artıb. Bununla belə, ticarət dövriyyəsinin artırılması üçün potensial böyükdür. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçiriləcək tədbirlərdən biri kimi 2019-cu ilin ikinci yarısında Özbəkistana ticarət missiyasının təşkili planlaşdırılır.

Ətraflı məlumat üçün keçidə daxil olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır