4 iyul 2018-ci il tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan – Pakistan Biznes Forumu keçiriləcək.
BBN.az xəbər verir ki, foruma Pakistan İslam Respublikası iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin qatılacağı gözlənilir.
Qeyd edək ki, forum 4 iyul tarixində saat 13:30-da «Bulvar Hotel»də keçiriləcək və sahibkarlar qeyd olunan tədbirdə iştirak etməyə dəvət olunur.