Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 31-də Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycana səfərinin əlaqələrimizin inkişafında mühüm rol oynadığı bildirilib.
Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyətinə toxunan prezident İlham Əliyev bu komissiyanın iqtisadi əməkdaşlığımızın praktik məsələlərin müzakirəsinə diqqət yetirəcəyinə ümidvar olduğunu bildirib.