Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum, WEF) rəqabətqabiliyyətlilik reytinqində 35-ci yeri tutub.
2017-2018-ci illər üzrə yenilənmiş hesabata əsasən, Azərbaycan reytinqdə 2 pillə irəliləyib.
Azərbaycan “Əmək bazarının effektivliyi” indeksi üzrə 17-ci, “Məhsul bazarlarının effektivliyi” indeksi üzrə 31-ci, “innovasiyalar” indeksi üzrə 33-cü yeri tutub.
Reytinqə əsasən, Azərbaycan postsovet məkanında ən yaxşı yerdə qərarlaşıb. Belə ki, Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü, Tacikistan 79-cu, Ukrayna isə 81-ci yerdədir.
Digər qonşularımız Türkiyə və İran isə müvafiq olaraq 53 və 69-cu yeri tutub.
Qeyd edək ki, ümumilikdə reytinqə 137 ölkə daxil olub. Reytinqin lideri İsveçrədir (yerini qoruyub). ABŞ 1 pillə irəliləyərək 2-ci, Sinqapur isə 1 pillə geriləyərək 3-cü yerdə qərarlaşıb.