İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı martın 1-3 tarixlərində ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə səfər edəcək.
Səfərdə məqsəd ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək və ölkəmizdə aparılan iqtisadi islahatları, o cümlədən Strateji yol xəritələrini təqdim etməkdən ibarətdir. V.Qasımlı xüsusi olaraq Prezident İlham Əliyev tərəfindən 22 fevral 2017-ci il tarixdə yaradılan Azərbaycan Rəqəmsal Ticarət Qovşağı barədə tədbir iştirakçılarına məlumat verəcək. Rəqəmsal Qovşaq ölkəmizin şaxələndirilmiş nəqliyyat-logistika imkanlarından və informasiya-kommunikasiya texnologiyaları sahəsində nailiyyətlərindən səmərəli istifadə etməklə, ixrac potensialının yüksəldilməsini, transsərhəd ticarətin, o cümlədən elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini zəruri edir.
Qeyd edək ki, USACC tərəfindən təşkil olunan tədbirdə Azərbaycan və ABŞ-ı təmsil edən dövlət və biznes nümayəndələri iştirak edəcək.