Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərrac keçirilib

6 Fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100673S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%)  olan 19 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 576,861,500.00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250, 000, 000. 00 AZN təşkil edib.

Notların ödəmə tarixi 06.03.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır