Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

13 Fevral 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100773S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.4388 AZN (7.26%) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 515 571 700.00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4388 AZN (7.26%), orta ölçülmüş qiyməti 99.4388 AZN (7.26%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200, 000, 000. 00 AZN təşkil edib.

Notların ödəmə tarixi 13.03.2019-cu ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır