“Azərbaycan Sənaye Bankı”nın aktivləri 13.6 % artıb

“Azərbaycan Sənaye Bankı” ASC 2016-cı ilin audit hesabatını açıqlayıb. Belə ki, 2016-cı ildə bankın aktivləri 780 milyon 039 min 721  manat təşkil edib. Bu isə hesabat dövründən əvvəlki il ilə müqayisədə 13.6 % çoxdur.  Hesabata əsasən, bankın  öhdəlikləri 701 milyon 847  min 728 manat, kapitalı isə 78 milyon 191 min 993 manat təşkil edib.

Qeyd edək ki, bank 2016-cı ildə 3 milyon 383 min 689 manat manat  mənfəət əldə edib. Bu isə 2015-ci il ilə müqayisədə 1 milyon 166 min 941 manat azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır