Azərbaycan şirkətləri “Sial Paris” beynəlxalq ərzaq sərgisində iştirak edir

21-25 oktyabr tarixlərində Fransanın Paris şəhərində “Sial Paris” beynəlxalq ərzaq sərgisi keçiriləcək.

Sərgidə İqtisadiyyat Nazirliyinin və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay və digər məhsulların istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi ilə təqdim edəcək.

Sərgi çərçivəsində Azərbaycan şirkətlərinin nümayəndələri Fransanın kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distributor şirkətləri ilə görüşəcək, ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, dünyanın 109 ölkəsindən 7 mindən çox şirkətin iştirak edəcəyi “Sial Paris” sərgisi Avropanın ən irimiqyaslı ərzaq məhsulları sərgilərindəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır