Azərbaycan və Əfqanıstan nümayəndələri görüşüb

S.Müslümov Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir. Səfər çərçivəsində Əfqanıstan İslam Respublikasının Əmək və Sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.

S.Müslümov bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə bütün sahələrdə, o cümlədən əmək və məşğulluq sahəsində böyük inkişaf yolu keçib. Bu sahə üzrə dünyanın sivil yanaşmaları əsasında hüquqi normativ baza, sosial cəhətdən həssas qruplar üçün etibarlı və dayanıqlı sosial müdafiə sistemi, qabaqcıl texnologiyalar üzərində fəaliyyət mexanizmləri yaradılıb.

Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının tənzimlənməsi, özünüməşğulluğun təmin olunması və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır