Azərbaycan və Çin Turizm Assosiasiyaları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şanxayda keçirilən “Travel Trade Show – İTB 2018” sərgisi çərçivəsində Azərbaycan və Çin Turizm Assosiasiyaları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Turizm Assosiasiyasından (AZTA) BBN.az -a verilən məlumata əsasən, memorandum birgə lahiyələrin həyata keçirilməsi, beynəlxalq sərgilərdə iştirak, eləcə də qarşılıqlı turist axınını təmin etmək sahələrində əməkdaşlığı nəzərdə tutur.

Sərgidə ölkəmizi 8 yerli turizm şirkəti də təmsil edir. Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar.
Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır