Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markası nəşr edilib

Sentyabrın 19-da Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü ilə bağlı mərasim keçirilib.

Azərbaycanın Dünya Bankına üzvlüyünün 25-ci ildönümü münasibətilə Azərbaycan hökuməti tərəfindən xüsusi olaraq buraxılan markalar imzalanıb və möhürlənib. Markaları Baş nazirin müavini Abid Şərifov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon imzalayıb və möhürləyib.

Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayan Baş nazirin müavini Abid Şərifov Dünya Bankının ölkəmizə ayırdığı kreditdən, həyata keçirdiyi layihələrdən danışıb.

“Azərmarka” şirkəti ölkəmizdə Azərbaycan və Dünya Bankı əməkdaşlığın 25 illiyinə həsr olunmuş poçt markası nəşr edib. Bu cür markalardan 25 min nüsxə buraxılacaq. Bu markalar Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın rəmzinə çevriləcək”, – deyə tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Navid Naqvi təqdimatla çıxış edib və bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla icra etdiyi 41 layihə artıq yekunlaşıb.

Qeyd edək ki, Qurum Azərbaycanda su təsərrüfatı sisteminin yaxşılaşdırılması, bərk tullantıların idarə edilməsi və qaçqın və məcburi köçkünlərinin həyat şəraitinin yaxşılaşdırılması layihələrinə dəstək verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır