İyunun 12-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə QDTİB arasında əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, real sektorla birbaşa əməkdaşlığa üstünlük verən bankın bu sahənin inkişafı məqsədiylə müxtəlif layihələrə, o cümlədən ticarəti maliyyəşdirmək üçün verdiyi dəstəyin əhəmiyyəti vurğulanıb.
Öz növbəsində İhsan Uğur Delikanlı etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini bildirib.