Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Tacikistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib.
Nazir bildirib ki, son illərdə Azərbaycan əmək və sosial müdafiə sahələrində İKT-nin səmərəli şəkildə tətbiqinə nail olaraq bu sahədə mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilən uğurlu iş təcrübəsinə nail olub.