Azərbaycan xurması və fındığı qızıl medala layiq görülüb

“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində öz təbii və keyfiyyətli məhsulları ilə ziyarətçilərin və Sərgi təşkilatçılarının diqqətini cəlb edən “Bal Xurma” və “Azərstar” şirkətləri 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala layiq görülüb.

Belə ki, quru meyvə istehsalı və emalı sahəsində yalnız Azərbaycan şirkətləri sərginin təşkilatçısı “ITE Group” tərəfindən mükafatlandırılıb. Bununla da, ilk dəfə olaraq “Worldfood Moscow” Sərgisinə qatılan Azərbaycan şirkətləri ən yüksək mükafatı qazanıb.

Qeyd edək ki, sentyabrın 11-dən öz işinə başlayan 26-cı “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisi bu gün başa çatır. Sərgi çərçivəsində Azərbaycanın vahid ölkə stendi 1000-dən çox xarici şirkətin nümayəndəsi tərəfindən ziyarət olunub, yerli şirkətlərimiz Rusiyaya fındıq, qənnadı məmulatları, şəkərli vanil və qabartma tozu ixracına dair 13 müqavilə imzalayıb, Azərbaycanın vahid ölkə stendi “Ən yaxşı debüt” mükafatına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır