“Azərbaycanda investisiya mühiti çox müsbətdir. Son 20 il ərzində Azərbaycana 200 milyard dollardan çox investisiya qoyulub. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb.”
Bu sözləri İlham Əliyev Latviya-Azərbaycan biznes forumunda deyib.
O, həmçinin deyib: “Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 %-dən daha çox artırmağa, idxalı isə 50 % azaltmağa imkan verdi.”