Azərbaycana gələn turistlərin sayı açıqlanıb

Bu ilin birinci yarısında Azərbaycana gələn turistlərin sayı açıqlanıb.

Belə ki, 2017-ci ilin birinci yarısında ölkəyə 1 milyon 199 min 667 nəfər xarici vətəndaş səfər edib. Bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 966 min 497 nəfər və ya 24 % çoxdur.

Bu ilin birinci yarısında ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya 374 min 491 nəfərlə, yəni 17% artımla ilk yerdədir. Gürcüstan 254 425 nəfərlə, yəni 4% artımla, İran 180 103 nəfərlə, yəni 89% artımla, Birləşmiş Ərəb Əmirlikləri 44 196 nəfərlə, yəni 338% artımla, Ukrayna 27 342 nəfərlə, yəni 14% artımla və İraq 19 355 nəfərlə, yəni 75% artımla sonrakı yerlərdə qərar tutub.

Qeyd edək ki, Türkiyə Respublikasından ölkəmizə 138 min 692 nəfər gəlib ki, bu da ötən illə müqayisədə 7,6% azalma deməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır