Azərbaycanda əmtəə dövriyyəsi 1.3% artıb

2017-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2575,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 700,6 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,3 faiz artıb, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2,7 faiz azalıb, ticarət şəbəkəsində 1298,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1277,5 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır