Asiya İnkişaf Bankı (ADB) proqnoz hesabatını yeniləyib.
Yenilənən hesabata əsasən, bu il Azərbaycanda 1,3% səviyyəsində iqtisadi geriləmə olacağı gözlənilir.
Hesabatdakı proqnoza əsasən, 2018-ci ildə isə ÜDM-in 1% artacaq.
ADB-nin yeni hesabatında 2017-ci ildə Azərbaycanda 14%-lik inflyasiya olacağı da qeyd edilir. Bundan əvvəlki sənəddə isə bu rəqəm 9% olub. Bank gələn il üçün inflyasiya proqnozunu isə 8%-dən 10%-ə qaldırıb.