İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Görüşdə Nazir Şahin Mustafayev qeyd edib ki, Türkiyə Azərbaycanın ən çox investisiya yatırdığı ölkədir və indiyədək bu ölkəyə 9 mlrd. dollar investisiya yatırılıb. Türkiyə Azərbaycan iqtisadiyyatına 11 mlrd. dollar investisiya qoyub. . Ölkədə 2900-dən çox türk şirkəti fəaliyyət göstərir. Türkiyədə isə 2000 yaxın Azərbaycan şirkəti qeydiyyatdan keçib.
Qeyd edək ki, görüşdə Azərbaycan və Türkiyə, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə ticarət əlaqələrinin genişləndirilməsi, Naxçıvan məhsullarının Türkiyəyə ixracının artırılması barədə müzakirələr aparılıb və ilkin razılıqlar əldə edilib.