Azərbaycanda daimi yaşamaq istiyən miqrantların sayı artıb

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1078 nəfər Azərbaycana gələn, 607 nəfər isə Azərbaycandan gedən qeydə alınıb. Beləliklə miqrasiyada 471 nəfərlik müsbət saldo yaranıb.

Qeyd edək ki, 2017-ci ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23044 nikah və 6207 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5.7, boşanmaların sayı isə 1.5 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır