“Dövlətin əldə etdiyi gəlirlərin idarəedilməsi ilə bağlı fiskal qaydaların tətbiqi beynəlxalq təcrübədə geniş yayılmışdır. Hər bir ölkənin xüsusiyyətlərinə uyğun olaraq fərqli qaydalar mövcuddur. Hazırda Azərbaycan üçün belə qaydaların hazırlanması üzrə hökümət dairələrində işlər aparılır” – deyə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsumov İlk Bankçılıq Forumunda bildirib.
“İlk növbədə makroiqtisadi sabitlik əldə edilməlidir. Bundan sonrakı əsas məqsəd isə maliyyə sektorunda sabitliyinin əldə edilməsidir” – deyə o əlavə edib.
“Post neft dövrü böhran dövrü kimi deyil, yeni inkişaf dövrünə keçid kimi qəbul edilməlidir” – deyə vurğulayıb.