Beynəlxalq Valyuta Fondunun (BVF) işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün Azərbaycan Respublikasına səfərinin yekunlarına dair həmin işçi heyətin rəhbəri Məhəmməd əl-Korşinin mətbuata bəyanatında ölkəmizlə bağlı “Missiya hökumətin struktur islahatları gündəliyinin icrasında əldə etdiyi nailiyyətləri təqdir edir. Sosial təminat və əmək bazarı sahələrində nəzərəçarpan nailiyyətlər əldə edilmişdir. Bunlara yeni işsizliyin sığortası fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi və passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçid daxildir” deyə vurğulanır.
Yaxın gələcək üzrə ölkəmizdə iqtisadi artım perspektivinin müsbət olduğu da qeyd olunub. Bildirilib ki, 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4% yüksəlməsi gözlənilir. Ümumilikdə 2018-ci il üzrə Azərbaycanda iqtisadi artımın 2% səviyyəsində proqnozlaşdırıldığı diqqətə çatdırılıb.