“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi regionlarda “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələri davam etdirir.

Növbəti görüş şimal qərb bölgəsində keçirilib. Şəki, Balakən, Qax, Qəbələ, Oğuz və Zaqatala ictimaiyyəti ilə aparılan regional müzakirə zamanı ölkədə aparılan uğurlu iqtisadi islahatlar müzakirə edilib, islahatın nəticələrindən necə faydalanmağın yolları araşdırılıb.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın iki pillə irəliləməsini ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsi olduğunu vurğulayıb. O əlavə edib ki, bu inkişaf prosesində bölgələrin iqtisadiyyata verdiyi töhvə çox böyükdür. “Azərbaycanda pambıqçılıq, tütünçülük, fındıqçılıq, baramaçılıq, çayçılıq, sitrus bitklirərinin inkişafına kompleks dövlət dəstəyi, turizmin inkişafı, sənaye, aqro və texnoparkların qurulması, müxtəlif təşviq mexanizmləri bölgələrin inkişafını sürətləndirir. Azərbaycanda aparılan iqtisadi islahatlar bölgələrin qeyri-neft sektorunda və qeyri-neft ixracında payını artırır. Şimal qərb bölgəsinin bu inkişafda payı xüsusidir. ”

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır