“Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirə keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycanda iqtisadi islahatlar: Nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirəni İsmayıllı rayonunda həyata keçirib.

İslahat prosesinin daha geniş ictimaiyyətə çatdırılması, birbaşa dialoqların təşkil olunması, məlumatlılığın və maariflənmənin təmin edilməsi, dövlət-özəl dialoqun güclənməsinə töhfə vermək, bir sözlə cəmiyyətə düzgün mesajın çatdırılması məqsədi ilə həyata keçirilən müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxıdan 200 nəfərdən artıq sahibkar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır