Azərbaycanda istehsal olunan məhsulların qiyməti 29.2% artıb

2017-ci ilin mart ayının sonuna Azərbaycanda istehsal olunan məhsulların qiymətində artım müşahidə edilib. Belə ki, mart ayında Azərbaycanda istehsal olunan məhsulların qiyməti 2016- cı ilin müvafiq dövrü ilə müqayisədə 29.2 %  artım müşahidə edilib. Bu, Mərkəzi Bankın açıqladığı statistik göstəricilərdə əks etdirilib. Belə ki, ölkə daxilindəki istehsal edilən məhsulların qiymətinin dəyişilməsini əks etdirən ÜDM deflyatoruna əsasən sözügedən məhsullar 29.2 % bahalaşıb.

Qeyd edək ki, qiymət artımı səbəbindən ölkə daxilində istehsal edilən məhsulların nominal dəyəri artsa da, real ifadədə 0.9 % geriləmə müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır