Azərbaycanda nağdsız əməliyyatların xüsusi çəkisi artıb

Azərbaycanda ötən il plastik kartlarla 16 mlrd. manat məbləğində əməliyyat aparılıb.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən konfransda bildirib.

Qeyd edilib ki, bunun 13 mlrd. manatı nağd pulun çıxarılması ilə bağlı olub. Kart əməliyyatlarında nağdsız əməliyyatların xüsusi çəkisi 17% təşkil edib. Bu göstərici 2017-ci illə müqayisədə 10,2% olub, əvvəlki illərdə isə 4% ətrafında dəyişib.

Əlavə olaraq bildirilib ki, ölkədəki pos terminalların sayı 66.110-a çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır