Pul bazası artıb

Azərbaycanda pul bazası bu il sentyabrın 1-nə 8 468,4 mln. manat olub.

Bu rəqəm ötən ayla müqayisədə 135,5 mln. manat və yaxud 1,63% çoxdur. Cari ilin əvvəlinə nisbətən pul bazası 607,9 mln. manat və yaxud 7,73% çoxalıb.

Keçən ilin müvafiq dövrü ilə nisbətdə isə pul bazasının 1 056,2 mln. manat və yaxud 14,25% artdığını müşahidə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır