Ölkədə Sosial xidmətlərdə yeni “Sosial iş” modelinin tətbiqi nəzərdə tutulub və həmin model üzrə vəzifə təminatı hazırlanıb. “Sosial iş” modeli sosial müdafiəyə ehtiyacı olan şəxslərə ilkin sosial xidmətlər göstərilməklə onların problermlərinin həlli istiqamətində dəqiq qərar qəbul edilməsinə, bu xidmətlərin onlar üçün əlçatan səviyyədə qurulmasına, həmin insanların sosial və psixoloji ehtiyaclarının müəyyən edilərək aradan qaldırılmasına istiqamətlənib. Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxlər, ahıllar, aztəminatlı ailələr, məişət zorakılığına məruz qalmış şəxslər, insan alverinin qurbanı olan şəxlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxlər və başqaları sosial xidmətə ehtiyacı olan şəxlərə aiddir.
Qeyd edək ki, “Sosial iş” modelinin tətbiqi ilə əlaqədar 4 pilot ərazi seçilib. Həmin ərazilər Xəzər, Lənkəran, Xaçmaz rayonları və Gəncə şəhəridir. Müəyyən edilmiş ərazilərdə sosial xidmətlərin göstərilməsi üzrə işçi qrup, inzibati vəzifə tutan əməkdaşlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ali təhsil müəssisələrinin aidiyyati sahə üzrə müəllim heyyəti üçün tvinninq layihəsi çərçivəsində təlimlər keçirilib.