“Azərbaycanda və İranda investisiya imkanları” adlı konfrans keçiriləcək

10 noyabr 2016-cı il tarixində Bakı şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Azərbaycanda  və İranda investisiya imkanları” mövzusunda konfrans keçiriləcək.
Konfransda 40-dan artıq İran şirkət və təşkilatlarının iştirakı gözlənilir. Tədbir 10 noyabr tarixində saat 09:30-dan etibarən “Hilton” mehmanxanasında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır